Ceyranbatandakı bıçaqlanmanın ŞOK TƏFƏRRÜATI
    • 1-07-2024, 15:38
    • 326

Ceyranbatandakı bıçaqlanmanın ŞOK TƏFƏRRÜATI

Sumqayıtda yeniyetmələr arasında düşən dava zamanı iki nəfər bıçaqlanıb. 

News24.az Den.az-a istinadla xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini olan 15 yaşlı Elgün Qasımov, münaqişə zəminində, həmyaşıdı Əli İsmayılova və özündən iki yaş böyük Rasif Manıyevə bıçaqla ağır xəsarətlər yetirib. Bıçaqlanan Əli İsmayılovun dayısı bildirib ki, Elgün Qasımov yaxınlıqda ailəsi ilə birlikdə kirayədə qalırmış. Bacısı oğluna 4, digər yeniyetməyə isə çoxsaylı ağır bıçaq zərbələri vurulub.

Mübahisənin söyüş üstündə törədildiyi iddia olunur. Sumqayıt Tibb Mərkəzdən Denaz.tv bildirilib ki, 2009-cu il və 2007-ci il təvəllüdlü yeniyetmələr (kişi cinsli), ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. 2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş, deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-oma nahiyəsinin kəsilmiş, deşilmiş yarası və üz nahiyəsinin kəsilmiş, deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.

Faktla bağlı araşdırma aparılır.