-
- 2-07-2024, 11:00
- 10 929
Yağıntılı hava bu tarixədək davam edəcək - RƏSMİ
İyulun 2-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.
Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.