Sabah yağış yağacaq
    • 22-05-2019, 13:00
    • 451

Sabah yağış yağacaq

23 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

mayın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasındagecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz  25-27 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz olacaq.  

 

Azərbaycanın rayonlarında mayın 23-də havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 


Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.