Texnologiyada yeni addım: Bionik ayaq..
    • 2-07-2024, 16:49
    • 248

Texnologiyada yeni addım: Bionik ayaq..

Nature Medicine jurnalında dərc edilən araşdırma çərçivəsində bionik ayağın beyin fəaliyyətini idarə edən əzələlərdəki sinirlərlə əlaqəsi araşdırılıb.

News24.az xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları dizdən aşağı amputasiya edilmiş 14 nəfərin iştirakı ilə araşdırma aparıblar.

Araşdırmada bu insanların 7-si neyroprotez texnologiyası ilə hazırlanmış bionik ayaqla təchiz edilib, digər 7-si isə standart müalicə alıb.

İştirakçıların düz və maneəli səthlərdə yerimələrinin araşdırıldığı araşdırmada, bionik ayaqları olanların digər qrupa nisbətən 41% daha sürətli hərəkət etdiyi məlum olub.

Araşdırmada bionik ayaqları olan insanların rəqs edərkən və qaçarkən rahat hərəkət edə bildiyi qeyd edilib.

Qeyd edək ki, neyroprotez texnologiyası ilə inkişaf etdirilən bionik ayağın əzələlərə yerləşdirilən sensorlar vasitəsilə hərəkətlilik qazandığı və bu sensorların protezin yeriyərkən topuğun nə qədər əyiləcəyini və nə qədər güc sərf edəcəyini hesablamasına imkan verdiyi ifadə edilib.

Araşdırmada sözügedən prosesin zamanla zehnində vərdiş halına gəldiyi və amputasiya edilən şəxsin “təbii və normal” templə yeriyə bildiyi ifadə edilib.

Araşdırmaya rəhbərlik edən Hugh Herr, araşdırmanın nəticələrini "möcüzəvi" olaraq qiymətləndirərək, araşdırmanın gələcəkdə protez istehsalına əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini bildirib.

Günel Məlikzadə