Yuxu insanı cavanlaşdırır? Araşdırma
    • 27-03-2024, 19:15
    • 440

Yuxu insanı cavanlaşdırır? Araşdırma

Alimlər müəyyən ediblər ki, 1 ay ərzində lazım olan qədər yatan insanlar özlərini yaşlarından təxminən 6 yaş cavan hiss edirlər.

News24.az CNN-in məlumatına istinadən xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları kifayət qədər yuxu almaq və qəbul edilən yaşla yuxusuzluq arasındakı əlaqəni araşdırıblar.

Tədqiqat çərçivəsində 18-70 yaş arası 429 nəfərlə aparılan ilk araşdırmada insanlardan son bir ayda neçə gecə kifayət qədər yuxu almadıqları və doymadığı günlərdə özlərini neçə yaş hiss etdikləri soruşulub. 

Əldə edilən məlumatlar psixoloji tədqiqatda istifadə olunan standart şkala uyğun olaraq qiymətləndirilmişdir.

İlk araşdırma nəticəsində elm adamları, insanların tam yuxu almadıqları hər gün üçün 3 ay qocaldıqlarını, son bir ayda tam yuxu alanların isə özlərini təxminən 6 yaş cavan hiss etdiklərini bildirdilər.

İkinci araşdırma, 18-46 yaş arası 186 könüllünün iki gün ardıcıl olaraq 4 saat yatdıqları zaman nə qədər yaşlı hiss etdiklərini araşdırdı.

Müayinələr nəticəsində iki gün dalbadal cəmi 4 saat yatan könüllülərin özlərini təxminən 4,5 yaş daha yaşlı hiss etdikləri müəyyən edilib.

Tədqiqatçılar səhər oyaq olmağı sevənlər olaraq təyin olunan "səhər bayquşları" ilə gecə oyaq olmağı sevən "gecə bayquşlarının" yuxu itkisinə reaksiyalarının da fərqli olduğunu müşahidə ediblər.

Məlum olub ki, səhər insanlar az yatanda gecələrdən daha yaşlı, 9 saat yatdıqda isə gənc hiss edirlər.

İsveçdəki Karolinska İnstitutunda psixoneuroimmunologiya (PNI) sahəsində çalışan həkim Leonie Balter yuxunun qoca insanların hisslərinə böyük təsir etdiyini ifadə etdi.

Balter, araşdırmanın əhəmiyyətinə diqqət çəkərək, insanların özlərini daha gənc hiss etdirmələri təmin olunarsa, sosial və fiziki cəhətdən aktiv olacaqlarını, yeni təcrübələr yaşamağa daha istəkli olacaqlarını ifadə etdi.

Qeyd edək ki, araşdırma məqaləsi “Proceedings of the Royal Society B” jurnalında dərc olunub.

Günel Məlikzadə