140 nəfərin olduğu bərə sahilə çırpıldı
    • 2-07-2024, 21:40
    • 157

140 nəfərin olduğu bərə sahilə çırpıldı

Yaponiyada fəlakətin astanasının qarşısı alınıb. Göyərtəsində 140 sərnişin və ekipaj üzvü olan bərə ölkənin Hokkaydo əyalətindəki Tomakomai limanı sahillərində quruya çırpılıb.

News24.az xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi Qüvvələrindən verilən açıqlamada, Aomori əyalətindəki Hachinohe limanından yola düşən və Hokkaydo əyalətindəki Tomakomai limanına saat 01:30 radələrində çatması gözlənilən Silver Breeze adlı bərə naməlum səbəbdən quruya çırpılıb. 

News24.az xəbər verir ki, xoşbəxtlikdən qəzada ölən və yaralanan olmayıb. Gəminin su götürmədiyi və neft sızmasının olmadığı da açıqlanıb.

Bildirilib ki, qəzanın baş verdiyi ərazidə suyun səviyyəsi qalxdıqdan sonra saat 11:40 radələrində gəmi yedək gəmiləri ilə limana çəkilib.

Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.

Günel Məlikzadə