Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - VİDEO
    • 22-05-2019, 15:18
    • 658

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyərək qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.