Maaş və pensiyalarla bağlı VACİB AÇIQLAMA: Həm dövlət, həm də özəl... – VİDEO
    • 3-07-2024, 12:46
    • 17 618

Maaş və pensiyalarla bağlı VACİB AÇIQLAMA: Həm dövlət, həm də özəl... – VİDEO

Ötən həftənin bazar günü verilən qiymət artımı qərarı hələ müzakirə edilir. Bu qərarı müdafiə edənlər, əsaslandıranlarla yanaşı, onu tənqid edənlər də var. 

İnsanlar son qiymətarımının ərzağı da bahalaşdıracağından narahatdırlar. Hazırda hər kəsi eyni sual düşündürür: bahalaşma fonunda maaş və pensiyalar artırılacaqmı?

News24.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, baş verən bahalaşmadan sonra dövlət artıq əhalinin sosial rifahını fikirləşməlidir.

Onun fikrincə, bundan sonra maaş və pensiyalar artırıla bilər:

“Amma bunu dəqiq deyə bilmərəm. Mənə qalsa, istər maaşlar, istərsə də təqaüdlərdə artım olmalıdır. Çünki bahalaşma əhaliyə ziyan vurmuş olur. Ziyanın qarşısını almaq üçün də maaş və pensiya mütləq artırılmalıdır. Təkcə dövlət müəssisələri deyil, özəl şirkətlər də işçilərin dolanışığını fikirləşməlidir”.