Məryəm Ana heykəlinə hücum etdilər
    • 3-07-2024, 13:06
    • 298

Məryəm Ana heykəlinə hücum etdilər

Avstriyanın Linz şəhərindəki kilsədə nümayiş etdirilən Məryəmin İsanı dünyaya gətirdiyini əks etdirən heykəlin başı naməlum şəxslər tərəfindən kəsilib.

News24.az xəbər verir ki, rəssam tərəfindən qadınların fiziki hüquqları ilə bağlı bir mesajla tərtib edildiyi bildirilən heykəl, bəzi katoliklərin dini həssaslıqlarını təhqir etdiyi üçün mübahisələrə səbəb olub.

Vandalların kimliyi hələki məlum deyil. Lakin əvvəllər vandalizm aktları ilə gündəmə gələn avstriyalı ənənəçi katolik Alexander Tschugguel çərşənbə axşamı sosial şəbəkədəki paylaşımında cavabdehlərin onunla əlaqə saxladığını söyləyib.

Qeyd edək ki, Linz yeparxiyasının təhsil, incəsənət və mədəniyyətə cavabdeh olan yeparxiya keşişi İohan Hintermaier heykəlin başının kəsilməsini pisləyib.

Günel Məlikzadə