Bu şəxslər qatarlardan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR
    • 22-05-2019, 17:42
    • 927

Bu şəxslər qatarlardan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR

Mayın 29-da Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu  ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.


“Azərbaycan Dəmir Yollan” QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirlər planına əsasən, mayın 29-da Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni  zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.


Eyni zamanda,  həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə  əlavə sərnişin qatarı təyin ediləcək.