UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar bəzi dəmir yolu reysləri LƏĞV EDİLƏCƏK
    • 22-05-2019, 18:38
    • 790

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar bəzi dəmir yolu reysləri LƏĞV EDİLƏCƏK

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar bəzi dəmir yolu reysləri ləğv ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün mayın 28-də saat 22:35-də Tbilisidən Bakıya və mayın 30-da saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan mayın 27-də, geriyə Qazaxdan mayın 28-də hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

Mayın 29-da Bakıdan bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

Eyni zamanda Bakıdan mayın 30-u, geriyə Astaradan mayın 31-i bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.