Torpaqları satan bələdiyyə sədrinə CİNAYƏT İŞİ açıldı
    • 3-07-2024, 18:55
    • 309

Torpaqları satan bələdiyyə sədrinə CİNAYƏT İŞİ açıldı

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanıb.

Göygöl rayon prokurorluğundan verilən məlumata görə, Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.  

Araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.