-
- 4-07-2024, 11:29
- 149
Belarus ŞƏT-ə üzv oldu
Belarus rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatının üzvü kimi qəbul edilib.
News24.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təşkilatın Astanada keçirilən sammitində bildirib.
Təşkilatın iclası üzv dövlətlərin Belarusun üzvlüyünə dair sənədləri imzalaması ilə başlayıb.
"Hörmətli dövlət başçıları Belarus Respublikasının ŞƏT-ə tam üzvlüyü barədə qərar qəbul edilib", - Tokayev deyib.
Bundan sonra o, Belarus prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.
Məryəm