Yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu
    • 4-07-2024, 13:26
    • 287

Yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu

Azərbaycan millisinin futbolçusu Aysun Seydiyevanın yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

News24.az  "Report"-a istinadən xəbər verir ki, əməliyyat olunan yarımmüdafiəçi özü məlumat verib.

O, iyulun sonunadək yaralarının bərpa olunmasını gözləyəcəyini bildirib: "Avqustda artıq yaşıl meydanlara dönəcəyəm".

"Neftçi"də çıxış edən oyunçu yığmanın Macarıstan və İsveç komandalarına qarşı Avropa çempionatının seçmə mərhələ oyunlarını buraxacağı üçün çox üzgün olduğunu söyləyib: "Analıq məzuniyyətindən sonra təzə-təzə formaya düşməyə və oynamağa başlamışdım. Yenidən bir əməliyyat məni bir neçə ay geri atdı. Ən önəmli iki matçda iştirak edə bilməyəcəyəm. Buna baxmayaraq, Macarıstanla görüşdə stadionda komandamıza dəstək olacağam".

Qeyd edək ki, Azərbaycan millisi iyulun 12-də Macarıstan kollektivini qəbul edəcək, dörd gün sonra isə İsveçrənin qonağı olacaq.