Məşhur futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
    • 9-10-2023, 21:29
    • 796

Məşhur futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı

“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçiriləcək matçları buraxacaq.

Təcrübəli oyunçu sözügedən qarşılaşmalara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.