Qarın yağını əritməyin ən sürətli yolları hansılardır?
    • 4-07-2024, 22:00
    • 3 795

Qarın yağını əritməyin ən sürətli yolları hansılardır?

Bir çox insanın ümumi problemi olan qarın piyləri ən çox “alma şəklində” bədəni olanları narahat edir. Artıq çəkilərindən xilas olmaq üçün pəhriz saxlayan və idman edən bəzi insanlar normal çəkisini itirdikdən sonra da qarın nahiyəsindəki piylərin getməməsindən şikayətlənirlər.

-Qarın piylərindən xilas olmaq və qarın piylərini itirmək üçün ən sürətli və təsirli üsullar hansılardır?

News24.az xəbər verir ki, ən təsirli üsul hər şeydən əvvəl pəhrizi tənzimləmək və daha sağlam qidalanma modelinə sahib olmaqdır. Pəhrizinizə qarın nahiyənizdəki piyləri aradan qaldıracaq qidaları daxil edin. Fiziki fəaliyyətinizi artırın və qarın bölgəsi üçün məşqlər edin. Gündə 8 saat yatmağa əmin olun. Ən əsası, stressdən qaçmağa çalışın. Stress, yağ istehsalını artıran kortizol hormonunu stimullaşdıraraq yağ ifrazını artırır.

-Qarın piylərini itirmək üçün hansı pəhrizə riayət etmək lazımdır?

Zülalla zəngin və liflə zəngin qidalara üstünlük verilməlidir. Bu şəkildə özünüzü daha dolğun hiss edirsiniz. Alkoqol və trans yağlardan qaçınmaq lazımdır. Pəhrizdə süd məhsulları, yumurta, yağsız ət, ağ ət, balıq, tərəvəz və meyvələr olmalıdır. Qan şəkərini sürətlə artıran sadə karbohidratlar istehlak edilməməlidir. Məsələn, ağ düyü qan şəkərini tez yüksəldirsə, qara düyü qana daha yavaş qarışır. Şəkərli qidalardan uzaq durmaq lazımdır. Unudulmamalıdır ki, meyvə şəkəri fruktozadır və meyvə dozasında istehlak edilməlidir.

-Qarın yağını itirmək üçün hansı idman növlərini və ya məşqləri tövsiyə edilir?

Gəzinti, velosiped sürmə və digər kardio fəaliyyətlər yağ yandırılmasını artırmağa kömək edir. Bundan əlavə, qarın hərəkətləri bu sahədə əzələ kütləsinin artmasına kömək edir. 

Günel Məlikzadə