Ölümdən qayıdan gənc qadın Allahın necə göründüyündən DANIŞDI
    • 4-07-2024, 23:25
    • 1 088

Ölümdən qayıdan gənc qadın Allahın necə göründüyündən DANIŞDI

Qvatemalada adlı gənc qadın boğularaq xəstəxanaya yerləşdirilib.

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, komaya düşən və ani ölüm yaşayan qadın həmin vaxt cənnəti və Allahı gördüyünü iddia edib. Yaşadıqlarını "TikTok"da danışan qadın cənnətin zehni ilə danışan "işıq varlıqları" ilə dolu olduğunu deyib. Uşaqlıqda ağır astma diaqnozu qoyulan 24 yaşlı   qadın intubasiya edilib.

 O, xəstəxana çarpayısında huşsuz vəziyyətdə yatsa da, zehninin heç də sakit olmadığını bildirib:

"Eşitdiyim son şey tibb bacısı və ya həkimin sözləri oldu. Bir göz qırpımında mən artıq olduğumuz dünyada deyil, başqa bir məkanda idim. Hər yerdə işıqlı olsa da, burada günəş, ay və ulduzlar yoxdur. Mən əvvəllər görmədiyim yeməklərlə dolu uzun bir masanın arxasında oturmuşdum. Burada insanlar səsli deyil, zehinləri ilə danışırdı. Məndə onlarla zehnim ilə əlaqə saxlayırdım".

 Gənc qadın həmin vaxt yaşadığı dünyanı və ailəsini xatırlamadığını deyib:

 "Sanki bunların heç biri mənim üçün olmayıb. Allah mənim qarşımda oturmuşdu. Onun Allah olduğunu bilirdim. Çünki hər yeri işıqlandıran o idi. Üzünü   görə bilmədim, amma gülümsədiyini bilirdim".

 Həkimlər qadının ölümdən geri qayıtmasını astma xəstəliyi ilə əlaqələndirir. Gənc qadın isə yaşadıqlarının saatlarla davam etdiyini hiss edib:

 "O, sanki mənimlə bir az vaxt keçirmək istəyirdi. Allah daha sonra yaşadıqlarımın əvəzini verdi. Allah məni bir kənara çəkdi və vaxtımın hələ dolmadığını dedi".

 Gənc qadın ölümün sirrini açmaq üçün Allah tərəfindən seçildiyini iddia edir.