Valideyn məsuliyyətsizliyi - 3 yaşlı uşaq..
    • 4-07-2024, 18:39
    • 173

Valideyn məsuliyyətsizliyi - 3 yaşlı uşaq..

ABŞ-da üç yaşlı qız dolu tapança taparaq yoldan keçənə atəş açıb.

News24.az xəbər verir ki, hadisə iyulun 1-də Pensilvaniya ştatının Uilson şəhərində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 41 yaşlı Brayan Ziqfrid silah ilə eyvana çıxıb. Bir müddət adam silahı əlində fırladıb, sonra yerə qoyaraq gedib. Onun ardınca üç yaşlı qız silahını götürüb və təsadüfən atəş açıb. Güllə 33 yaşlı qadının çiyninə dəyib.  Yoldan keçənlər zərərçəkmiş üçün təcili yardım çağırıblar. Qadın xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Zərərçəkmiş reanimasiyada olsa da, həkimlər vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Məryəm