Əməkdar artist “Green Card” uddu - Ölkədən gedir? - FOTO
    • 5-07-2024, 17:05
    • 285

Əməkdar artist “Green Card” uddu - Ölkədən gedir? - FOTO

Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev  "Green Card" udub.

News24.az xəbər verir ki, bu barədə Lent.az-a  aktyor özü məlumat verib.

""Green Card" udsam da Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-a rahat gediş gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün görünür bu imkandan istifadə edə bilməyəcəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb",- deyə o bildirib.