"Green card" nəticələri 2024
    • 3-05-2024, 23:10
    • 3 826

"Green card" nəticələri 2024

"Green card" müraciəti nəticələrinin nə vaxt açıqlanacağı ABŞ-da yaşamaq üçün müraciət edən minlərlə insanın gündəminə gəlməyə başlayıb.

News24.az xəbər verir ki, ABŞ-da işləmək və ölkə daxilində "Green card"a müraciət etmək istəyənlər üçün 2023-cü il prosesi başa çatıb. ABŞ-ın ölkədəki immiqrantlar arasında müxtəlifliyi artırmaq üçün təşkil etdiyi "Green card" lotereyasının nəticələri indi gözlənilir. 

Müəyyən edilmiş cədvələ əsasən, "Green card" müraciətinin nəticələri 4 may 2024-cü il tarixində elan ediləcək. Nəticələrin səhər saatlarında açıqlanması gözlənilir.

DV Lotereyasının rəsmi internet saytında namizədlərin istifadəsinə veriləcək Yaşıl Kart nəticələrinə onların təsdiq nömrəsi ilə baxmaq olar.

Günel Məlikzadə