“Neftçi”nin sabiq baş məşqçisi İran çempionatında
    • 5-07-2024, 23:45
    • 265

“Neftçi”nin sabiq baş məşqçisi İran çempionatında

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç özünə yeni iş yeri tapıb.

 News24.az İdman.biz-ə istinadən xəbər verir ki, 56 yaşlı monteneqrolu İranın "İstiqlal" klubunun baş məşqçisi təyin olunub.

 Bojoviçin ötən mövsümü 14-cü yerdə başa vuran yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb.

 Qeyd edək ki, 56 yaşlı mütəxəssis “Neftçi” ilə yanaşı, Rusiyanın "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal Tula” və "Krılya Sovetov"da   çalışıb.