Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb
    • 22-03-2024, 19:10
    • 312

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb


Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. 

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə əldən verib.

Qeyd edək ki, cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.