Xankəndidə  xeyli silah-sursat aşkarlandı
    • 6-07-2024, 19:06
    • 187

Xankəndidə xeyli silah-sursat aşkarlandı

Son bir həftədə  polis əməkdaşları Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlayıblar.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.