Abşeronda oğurluqda şübhəli bilinən 4 nəfər saxlanıldı
    • 6-07-2024, 20:05
    • 196

Abşeronda oğurluqda şübhəli bilinən 4 nəfər saxlanıldı

Oğurluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Bəşirov, bir marketdən 2500 manat pul oğurlamaqda şübhəli bilinən S.Ağayev, Masazır qəsəbəsində bir evdən 750 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Fazilli, digər evdən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən O.Bağırov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.