-
- 6-07-2024, 20:57
- 351
İsti havaların psixikaya dağıdıcı təsiri
Çox isti hava insanları əsəbi edir və zehni zəiflədir.
News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova danışıb.
Həkim “Telegram” kanalında çox isti havanın psixikaya dağıdıcı təsirini izah edib.
Onun sözlərinə görə, isti havalarda insanlar əsəbilərini cilovlamaqda çətinlik çəkirlər, psixi reaksiyalar isə ləngiyir.
“Əgər insan çox isti otaqda yatırsa, ertəsi gün onun daha pis düşünəcəyinə zəmanət vermək olar”, – həkim əlavə edib.
Endokrinoloq qeyd edib ki, isti günlərdə daha çox cinayətlər baş verir, internetdə daha çox neqativ şərhlər yazılır, tıxaclarda sürücülər daha çox siqnal verirlər.
Pavlova izah edib ki, çöldə nə qədər isti olarsa, orqanizmin öz funksiyalarını yerinə yetirməsi bir o qədər çətinləşir. O, bütün enerjisini soyumağa cəlb edir və beynin termorequlyasiyada iştirak edən hissələrinin işini aktivləşdirir, buna görə də insanın özünü idarə etmə səviyyəsi aşağı düşür. Eyni zamanda, məlum olduğu kimi, yalnız yaşlı insanlar və ya xroniki xəstəlikləri olanlar deyil, həm də sağlam gənclər özlərini pis hiss edirlər.
O əlavə edib ki, güclü istilər zamanı reallıq qavrayışı da dəyişir.
“Belə havada insanlar daha çox başqalarının hərəkətlərini düşmənçilik kimi qəbul edir və eyni şəkildə cavab verirlər”.