2 yaşlı uşaq pəncərədən yıxılıb öldü
    • 6-07-2024, 22:52
    • 567

2 yaşlı uşaq pəncərədən yıxılıb öldü


Abşeronda 2 yaşlı uşaq evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

Nəzarətsiz qalan 2022-ci il təvəllüdlü Onur Saday oğlu Cəbrayılov pəncərədən yıxılaraq ölüb.

Fakt araşdırılır.