Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü
    • 10-06-2024, 09:38
    • 121

Bakıda iki yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə düşüb.

Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.