Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
    • 8-07-2024, 10:24
    • 336

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

News24.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan saat 12-nə qədər şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.