Kanalizasiyadan yunan tanrısının heykəli çıxdı - Foto
    • 8-07-2024, 11:52
    • 541

Kanalizasiyadan yunan tanrısının heykəli çıxdı - Foto

Bolqarıstanın cənub-qərbində yerləşən qədim Heraklea Sintica şəhərində qazıntı aparan arxeoloqlar  mərmər heykəl aşkar ediblər. 

News24.az  xəbər verir ki, yaxşı qorunan heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir.

Qazıntıları aparan qrup hesab edir ki, hündürlüyü təxminən 2 metr olan heykəl kanalizasiyaya qoyularaq torpaqla örtüldüyü üçün çox yaxşı qorunub saxlanılıb.

Məryəm