Qazaxıstanda məmurlara qumar oynamaq qadağan edildi
    • 8-07-2024, 21:18
    • 228

Qazaxıstanda məmurlara qumar oynamaq qadağan edildi

Qazaxıstanda məmurlara və hərbi qulluqçulara qumar oynamaq və mərc oyunlarında iştirak etmək qadağan edilib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, müvafiq qanunu respublika prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Qeyd olunur ki, sənəddə xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, büdcə təşkilatlarının rəhbərlərinə də müvafiq qadağa nəzərdə tutulub. Onu pozanlar işdən çıxarılacaqlar.

Bundan əlavə, qanun Borcluların Vahid Reyestrinə daxil edilmiş şəxslərin də qumarda iştirakını qadağan edir.

İyunun əvvəlində Qazaxıstan parlamentinin aşağı palatası məmurlar, təhlükəsizlik işçiləri və hərbçilər üçün qumar və mərc oyunlarını qadağan edən qanun layihəsini qəbul edib. Deputat Elnur Beysenbayevin izah etdiyi kimi, sənəddə nəzərdə tutulan məhdudiyyətlərin pozulması xəbərdarlıq edilmədən işdən çıxarılma ilə nəticələnəcək.