Dünyanın ən ölümcül patogeni:
    • 8-07-2024, 23:10
    • 648

Dünyanın ən ölümcül patogeni: "İldə yarım milyon insanı öldürür"

Ən çox yayılmış qram-mənfi bakteriyalardan biri olan Pseudomonas aeruginosa ən təhlükəli məlum mikroblardan biridir.

News24.az xəbər verir ki, müdafiəmizdən yan keçmək və ən steril məkanlara belə sızmaq qabiliyyətinə malik olan bu qatil Ümumdünya Səhiyyə Təşkilatının ən təhlükəli patogenlər siyahısında birinci yerdədir.

Alimlər təbiətdə bu qədər geniş yayılmış mikroorqanizmin insanlar üçün necə ciddi təhlükələr törətməsi ilə maraqlanıb və tədbir görüblər.

Qeyd edək ki, Kembric Universitetinin alimləri dünya üzrə insan, heyvan və ətraf mühit mənbələrindən 10 minə yaxın bakteriya nümunəsi toplayıblar, onların bəziləri 1900-cü ilə aiddir.

Bu araşdırma nəticəsində  Pseudomonas aeruginosa ilə əlaqəli 596 virus növü ilə genetik ailə ağacı yaradılıb.

Son 200 ildə sürətlə inkişaf edən bu virus növlərinin təhlükəli infeksiyalara səbəb olduğu göstərilib.

Bildirək ki, hər il təxminən yarım milyon insan bu ölümcül bakteriyadan ölür. Ölümlərin əsas səbəbi antibiotik müqavimətidir.

Təyyarə yanacağı və təmiz suda yaşaya bilən bu bakteriya güclü uyğunlaşma qabiliyyəti ilə xəstəxana şəraitində də ölümcül ola bilər. Kistik fibroz və bronşektazi kimi xəstəliklərdən xəstəxanada müalicə alan insanlar bakteriyalara daha həssas olurlar.

Bu məlumat həm də belə qənaətə gəlməyə əsas verir ki, daha effektiv skrininq üsulları hazırlanmalı və karantin tədbirləri artırılmalıdır.

Günel Məlikzadə