Kolera virusu 55 can aldı - Dünya yeni təhlükə ilə üz- üzə
    • 14-09-2018, 12:00
    • 1 167

Kolera virusu 55 can aldı - Dünya yeni təhlükə ilə üz- üzə

İyul ayında Nigeriyada peyda olmuş  kolera virusu nəticəsində 55 nəfər  həyatını itirib.

News24.az xəbər verir ki, 2752 nəfər bu virusun əlamətləri ilə xəstəxanaya  daxil olub. 2017- ci ildə Afrikada yayılmış bu virus nəticəsində 3000 nəfərin öldüyü  qeydə alınıb. Qarın bölgəsində şişlik və şiddətli qusmadan 6-48 saat sonra xəstəliyin başladığı deyilir. Ümumdünya Səhiyyə Təşkilatı bu ölümcül virusla bağlı həyəcan təbili çalır.Demək olar ki, ən qorxunc və ölümcül virusların mənbəyi olan "qara qitə" yenidən daha bir təhlükənin ocağına çevrilib.

Şəlalə Ağayeva