USAID rəhbəri Ermənistana səfər edəcək
    • 8-07-2024, 17:50
    • 185

USAID rəhbəri Ermənistana səfər edəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, o, USAID-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.

Səfər zamanı S.Pauer Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, gənclər və media nümayəndələri ilə görüşəcək.