İran Türkmənistanla sərhədi bağladı
    • Bu gün, 15:28
    • 75

İran Türkmənistanla sərhədi bağladı


İran oktyabrın 4-dən Türkmənistanla sərhədini bağlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, türkmən sahibkarlar, zəvvarlar və müalicə üçün qonşu ölkəyə gedən insanlar sərhəddən geri qaytarılır.

Yük maşınları da iki ölkənin sərhəd-keçid məntəqəsindən buraxılmır.

Sərhədin bağlanmasının səbəbləri məlum deyil.