-
- 24-05-2019, 10:57
- 892
Oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb.
News24.az "Report"a istinadla xəbər verir ki, arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb.
Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbrlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.
Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.
Qeyd edək ki, "Əziztəpə" abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.