-
- 9-07-2024, 19:26
- 697
Diş ətinin sağlamlığı üçün faydalı olan MƏHSUL
Müntəzəm olaraq az miqdarda tünd şokolad və bəzi digər qidalar yemək diş ətinin sağlamlığını yaxşılaşdırmağa kömək edəcək.
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, bu barədə The Sun yazıb.
Alimlər bir araşdırmada şokolad yeməyin diş əti xəstəlikləri riskini iki dəfə azalda biləcəyini müəyyən ediblər. Onların fikrincə, buna kakao paxlasının tərkibində olan və xüsusilə qara şokoladda bol olan antioksidantlar kömək edir.
Tədqiqatçılar həmçinin pendir və duzsuz fıstıq kimi qidaların diş ətinin sağlamlığına faydalı təsir göstərdiyini müəyyən ediblər.
Eyni zamanda qeyd olunur ki, filtr qəhvə, əksinə ağız sağlamlığına zərərlidir.