Çiyələyin faydaları nələrdir?
    • 24-04-2024, 23:10
    • 637

Çiyələyin faydaları nələrdir?

Yayı müjdələyən meyvələr arasında çiyələk də var. Rəngi, qoxusu və dadı ilə hər yaşdan insanın yediyi çiyələk meyvəsinin insan sağlamlığına bir çox müsbət təsiri var.

News24.az xəbər verir ki, çiyələk yerdə bitən yay meyvəsidir. K, C və B vitaminləri ilə zəngin olan çiyələk mədə, qaraciyər kimi orqanların sağlamlığına da yaxşı təsir göstərir. Mütəxəssislərin rəyləri ilə dəstəklənən çiyələk meyvəsinin faydalarını və daha çoxunu sizin üçün bir araya gətirdik.

1. Çiyələk qanı təmizləməyə kömək edir.

2. Çiyələk insanlara sakitləşdirici təsir göstərir. Stressi azaltmağa kömək edir.

3. Diş ətinin sağlamlığı üçün faydalıdır. Diş ətlərini gücləndirir və ağız qoxusunu azaltmağa kömək edir.

4. Qaraciyər xəstəliklərinə xeyirlidir.

5. Revmatik xəstəliklərə xeyirlidir.

6. Çiyələk çox güclü antioksidant mənbəyidir. Onun istehlakı ilə immunitet sistemi güclənir.

7. Həzm sisteminin nizama düşməsinə və daha sağlam işləməsinə kömək edir.

8. Bağırsaqlardakı qurdları yox etməkdə təsirli olur.

9. Dərinin sağlamlığına müsbət təsir göstərir. Dərini nəmləndirərək onu təmizləməyə kömək edir.

10. Sidikqovucu quruluşa malikdir.


Günel Məlikzadə