“Markswebb” araşdırmasında Birbank tətbiqi birinci oldu
    • 9-07-2024, 15:31
    • 410

“Markswebb” araşdırmasında Birbank tətbiqi birinci oldu

Ölkənin birinci bankı Kapital Bank-ın Birbank mobil tətbiqi "Markswebb" konsaltinq və araşdırma şirkətinin “2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülüb.

Araşdırmanın nəticələrinə görə, Birbank mobil tətbiqi geniş funksionallıq, ödəniş xidmətləri və innovativ yanaşmalar kimi müxtəlif kateqoriyalarda ölkə üzrə ilk  sırada qərarlaşıb. Xüsusilə Kapital Bank-ın son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyi və yalnız Azərbaycanın bank sektorunda deyil, həm də Özbəkistan və Qazaxıstandakı banklarla rəqabətdə öndə olduğu da araşdırmada öz əksini tapıb.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sosial media hesablarında mövzuya münasibətini bildirib: “Böyük qürur hissi ilə bu xəbəri sizinlə bölüşürəm. Bankımız “Markswebb” konsaltinq və araşdırma şirkətinin “Mobile Banking Rank Азербайджан 2024” siyahısında 1-ci yerə layiq görüldü. Bu nailiyyət bankımızın müasir rəqəmsal xidmətlərdə lider mövqeyini bir daha təsdiqləyir və müştərilərimizə ən yüksək, keyfiyyətli mobil bankçılıq təcrübəsini təqdim etdiyimizi göstərir”.

Xatırladaq ki, Rusiya və MDB ölkələrində fəaliyyət göstərən “Markswebb” konsaltinq və araşdırma şirkəti maliyyə və bank sektorlarında məhsulların, eləcə də xidmətlərin istifadəçi təcrübəsini və effektivliyini analiz edir. Şirkət, maliyyə sektorunda, xüsusilə bankçılıq sahəsində rəqəmsal xidmətlərin inkişafını və optimallaşdırılmasını təmin etmək üçün dərin araşdırmalar aparır, qiymətləndirmələr həyata keçirir və strateji təkliflər verir.

Ətraflı məlumat üçün: https://kbl.az/mrkswb

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.