Şeyxin oturduğu bina təhlükə qarşısında — Uça bilər
    • 10-07-2024, 12:38
    • 293

Şeyxin oturduğu bina təhlükə qarşısında — Uça bilər

Bu ilin sonunda Bakıda nəzərdə tutulan mühüm tədbirlərlə əlaqədar paytaxtın mərkəzi hissəsində, küçə və meydanlarda geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Tarixi binaların fasadları təmir edilir, küçələrdə yeni yaşıllıqlar salınır. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisindəki Mərkəzi Parka yaxın ərazidə - Nabat xanım Aşurbəyova küçəsində də xeyli müddətdir söküntü işlərinə start verilib. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, burada yeni parkın salınması planlaşdırılır. 

Sakinlər bizimlə söhbət zamanı bildiriblər ki, yaxınlıqda ağır texnikaların işləməsi, yük maşınlarının intensiv hərəkəti müəyyən problem yaradıb. Yaxınlıqda yerləşən Təzəpir məscidində, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasında çatlar əmələ gəlib. Məscidin və inzibati binadan qopan daşlar yaxınlıqdan keçən insanlar üçün təhlükə yaradır. 

Xatırladaq ki, 1914-cü ildə inşası başa çatdırılan Təzəpir məscidi yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Ərazidə abadlıq-quruculuq işləri aparan aidiyyatı qurumların bu amili nəzərə alması vacibdir.