İtkin Rasimlə bağlı YENİ XƏBƏR - ŞOK DETALLAR
    • 10-07-2024, 14:52
    • 16 116

İtkin Rasimlə bağlı YENİ XƏBƏR - ŞOK DETALLAR

26 dekabr 2023-cü il tarixdə, İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 27.02.2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu  müəmmalı şəraitdə itkin düşməsi aylardır medianın gündəmini zəbt edib.

Ailəninin hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Samir Zeynalov Oxu24.com saytına açıqlamasında bir sıra iddialar irəli sürmüşdü. (Ətraflı buradan oxuya bilərsiniz)

Həmin iddialardan biri də itkin düşmüş Rasimin Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu “Səni axtarıram” verilişində  axtarışı  zamanı  saxta   ssenari  qurulması  ilə bağlıdır.

Qeyd olunan mövzu ilə bağlı itkin 11 yaşlı Rasimin atası Xankişiyev Vasif Vaqif oğlu münasibət bildirib.

Oxu24.com saytına müraciət edən Vasif Xankişiyev bildirib ki, verilişdə onun övladı ətrafında saxta  şou  yaradılıb.

“İlk gündən Xoşqədəm xanım bizi əmin etdi ki,uşağı  tapacaq. İlk  vaxtda  kənddə  heç  kimdən müsahibə  götürməmişdi. Daha  sonra  kənddə bir  neçə  şəxsdən,həmçinin  bizim  əsas  şübhələndiyimiz  şəxslər  Pəhləvandan  və  onun oğlundan  müsahibə  götürdü.

Bu görüşdən  sonra  efirdə  Xoşqədəm  xanımın  mövqeyi  dəyişdi .Halbu ki, bu görüşə qədər Xoşqədəm xanım efirdə  onlar barədə  sərt  danışırdı. Daha sonra  efirdə  Pəhləvangilin  əleyhinə  fikir  səsləndirilməsinə  icazə vermədi.  Hətta bizim  nümayəndə  Samir  Zeynalov efirdə  Pəhləvan  haqda  söz  deyəndə  səsini  kəsdilər.

Xoşqədəm  Baxşəliyeva bizə  bildirdi ki, bu işdə Pəhləvangilin günahı yoxdur. Xoşqədəm xanımın sözlərinə görə onun atası ilə Pəhləvangil ailəvi dost olublar. Buna görə də Xoşqədəm xanım  Pəhləvanı  və  onun  oğlu  Şəhriyarı  müdafiə etməyə başladı. Bu şəxslər bizim əsas şübhələndiyimiz  şəxslərdir. Çünki  hadisə  baş  verən  zaman  onlar  sahədə  olublar”,- deyə Vasif Xankişiyev bildirib.

Vasif Xankişiyev efirdə telefon zənglərinin saxta olması iddiasına da toxunub.Onun sözlərinə görə,bu barədə onlarda kifayət qədər şübhə doğuracaq hallar baş verib.

“İrandan  bir  zəng  gəlmişdi. Bizim  tanış  adam  həmin  zənglə  bağlı  Xudafərinə  getdi. Guya zəng  edən  adam  deyib ki, yalnız  Xoşqədəm  xanımla  görüşmək  istəyir.  Həmin naməlum şəxs  heç  kimlə  görüşmədi. Xoşqədəm xanıma həmin  zənglə  bağlı  görüş  üçün  İrana getməyi  təklif  etsəm də, bundan  imtina  etdi. Bu  da  bizdə  həmin  zəngin  qurama  olması  şübhəsinin yaranmasına   səbəb  oldu.

Daha sonra bir məktub gəldi. Məktubda  Rasimin  öldürüldükdən  sonra   yandırılaraq  külünün Kürə  atıldığı  həmin  məktubda  yazılmışdı. O  məktubun da kim tərəfindən yazıldığı üzə çıxarılmadı. Daha  sonra  guya  Rasimin  yazdığı  daha  bir   məktub  studiyaya gətirildi. Bu da qurama idi.  Rasim  öz  adını  zorla  yazırdı.  O  belə  məktub  yaza  bilməzdi”,-  deyə  Rasimin atası bildirib.

Rasim Xankişiyev edilən zənglərin araşdırılmasını tələb edir.

O,həmçinin hadisə baş verən ərazidə olan kamera görüntülərinin açılmaması məsələsinə də toxunub.

“Bu günə qədər həmin kameralar açılmayıb.Kamera görüntüləri ilə bağlı biz DSX-nın  rəisi cənab general  Elçin  Quliyevin  qəbulunda  olduq.  General  bildirdi ki, rəsmi  sorğu  verilmədən  kameralara  heç  kim  baxa  bilməz.  Belə  bir  sorğu  da  DSX-ya  daxil  olmayıb”,-deyə  Rasimin  atası  bildirib.

Qeyd edək ki,Baş prokuror Kamran Əliyevin göstərişi ilə Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı İmişli  rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.Hazırda bu işlə bağlı araşdırmalar davam etdirilir.