Qayınanasını 5-ci mərtəbədən atdı -
    • 10-07-2024, 16:25
    • 449

Qayınanasını 5-ci mərtəbədən atdı - "Ailəmə yük idi"

Rusiyada bir kişi qayınanasını 5-ci mərtəbən atıb.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə iyulun 7-də Primorsk vilayətindəki Artyom şəhərində baş verib.

54 yaşlı kişi qayınanasını sürüyərək yaşadıqları evin eyvanına çıxarıb və aşağı atıb.

Qadın aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Şübhəli yaşlı qadının ona və ailəsinə yük olduğunu bildirərək, məsuliyyətindən yaxa qurtarmaq istədiyi üçün yerə atdığını bildirib.

O, saxlanılıb.