-
- 10-07-2024, 16:31
- 837
Bakıdan İstanbula uçan təyyarə geri qayıtdı
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə News24.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.