Bakıdan Tbilisiyə uçan təyyarə geri döndü - SƏBƏB
    • 25-01-2024, 12:25
    • 214

Bakıdan Tbilisiyə uçan təyyarə geri döndü - SƏBƏB

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"AZAL" QSC-dən News24.az-a verilən xəbərə görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.