Adnan Oktara verilən cəza təsdiqləndi
    • 10-07-2024, 23:00
    • 323

Adnan Oktara verilən cəza təsdiqləndi

Türkiyə Ali Apellyasiya Məhkəməsi 1-ci Cəza Dairəsi Adnan Oktara verilən 8658 il həbs cəzasını və Adnan Oktar Silahlı Cinayət Təşkilatı çərçivəsində verilən hökmləri təsdiqləyib.

News24.az xəbər verir ki, əsaslandırılmış qərarda Oktara verilən 8 min 658 il həbs cəzası da daxil olmaqla, təşkilat üzvlərinə verilən cəzalar qəti olub.

Təşkilat üzvləri cinsi istismar, qəsdən adam öldürməyə cəhd, işgəncə, təhsil hüququna mane olma, azadlıqdan məhrum etmə, şəxsi məlumatların icazəsiz qeydə alınması kimi müxtəlif cinayətlərə görə cəzalandırılıblar.

Günel Məlikzadə