Vanda Nara İkardidən ayrıldığını açıqladı
    • 11-07-2024, 12:06
    • 339

Vanda Nara İkardidən ayrıldığını açıqladı

"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Wanda Nara boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.

News24.az xəbər verir ki,  Argentina televiziyası America TV-yə telefonla danışan Wanda Nara argentinalı hücumçudan ayrıldığını açıqlayıb.

Wanda, "Maurodan ayrıldım. Şəxsi və səhhətimdəki problemlərə görə yenidən cəhd etdim, amma alınmadı" dedi. 

Wanda Nara canlı yayıma qoşulduqdan sonra rəsmi Instagram hesabında paylaşım edib. Wanda yazıb: 

"Ayrılmaq qərarına gəldim, amma Mauro ilə bir ailə olmaqdan vaz keçməyəcəyik. Sevgi varkən min dəfə cəhd etmək səhv deyildi. Heç nəyə peşman deyiləm, ən yaxşı illərimi verdim, amma bu gün tək qalmalıyam”.

Günel Məlikzadə