Dallas-ın ulduzu vəfat etdi - FOTO
    • 11-07-2024, 15:45
    • 347

Dallas-ın ulduzu vəfat etdi - FOTO

1978-1991-ci illərdə yayımlanan Dallas serialının ulduzlarından olan Pat Colbert 77 yaşında dünyasını dəyişib. 

News24.az xəbər verir ki, məşhur aktrisanın iyunun 23-də vəfat etdiyi məlum olub.

"Dallas" serialındakı "Dora Mae" obrazı ilə yadda qalan Pat Kolbertin bacısı Tami Kolbert aktyorun Kaliforniyadakı evində dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, ölüm səbəbi açıqlanmayan Colbertin son 10 ildə 3 dəfə insult keçirdiyi öyrənilib.

Dallas serialının 67 seriyasında rol alan və bununla da şöhrət qazanan Pat Kolbert daha sonra "Sisters", "True Colors" və "Thom & Dusty Go To Mexico: The Lost Treasure" kimi filmlərdə rol alıb. Məşhur ad sonuncu dəfə 2015-ci ildə "Əgər onun lütfü olmasa" filmində çəkilib.

Günel Məlikzadə