-
- 12-07-2024, 10:43
- 359
Müflis olması xəbəri yayılmış Hüseyn Həsənovdan CAVAB
Azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, Hüseyn Həsənovun cavabı belə olub:
“Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır” deyib.
İzləyicilərin “Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib:
“Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”.