-
- 12-07-2024, 10:49
- 332
İbrahim Tatlısəs halallıq istədi: yaxın günlərdə...
Türkiyəli sənətçi İbrahim Tatlısəs yaxın günlərdə ürəyindən əməliyyat olunacaq.
News24.az Publika.az-a istinadla xəbər verir ki, son zamanlar səhhətində yaranan problemlərə görə mütəmadi olaraq kardioloq müayinəsindən keçən Tatlısəsin xəstəliyi ilə bağlı məlumat verilməsə də, onun ürək əməliyyatından əvvəl yaxınlarından halallıq istədiyi deyilir.
İbrahim Tatlısəs 35 illik dostu Aydemir Akbaşı evində ziyarət edərək birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, sənətçi 2011-ci ildə silahlı hücumda başından güllə yarası alıb və hadisədən sonra ağır əməliyyat keçirmişdi.