Ürək toxuması klinik şəraitdə ilk dəfə yeniləndi
    • 12-07-2024, 12:39
    • 423

Ürək toxuması klinik şəraitdə ilk dəfə yeniləndi

Avstriyada aparılan yeni bir araşdırma göstərdi ki, bypass əməliyyatından sonra tətbiq olunan yüngül şok dalğaları xəstələrin ürək toxumasını yeniləyə bilər.

News24.az xəbər verir ki, təxminən 10 dəqiqə çəkən prosedur infarktdan sonra zədələnmiş və ya yaralanmış bölgənin ətrafında yeni damarların böyüməsini stimullaşdırmaq üçün nəzərdə tutulub. 

Yeni üsulla müalicə alan xəstələrin daha uzağa gedə biləcəyi və ürəklərinin daha çox qan pompalaya biləcəyi müəyyən edilib. "Kosmos  quruducusu" adlanan cihazın daha əhatəli sınaqlarının aparılması və nəticələrin daha geniş xəstə qrupunda təkrarlanması planlaşdırılıb. 

Professor Yohannes Holfeld belə deyib: 

"Biz ilk dəfə olaraq klinik şəraitdə ürək əzələsinin bərpasını görürük və bu, milyonlarla insana kömək edə bilər.

Məryəm İlhamqızı