-
- 12-07-2024, 17:59
- 465
Canlı yayımda başına ATƏŞ AÇDI
Ankarada sosial şəbəkədə canlı yayım zamanı yanlışlıqla başına silahla atəş açan şəxs dünyasını dəyişib.
News24.az xəbər verir ki, Çankaya rayonunun Birlik məhəlləsində baş verən hadisədə 45 yaş Kərim Yücel, evdə sosial media hesabı vasitəsilə açdığı canlı yayımda silahı başına tutub.
Spirtli içkinin təsiri altında olduğu deyilən Yücel başından güllə yarası alaraq ağır yaralanıb.
Xəstəxanaya aparılaraq reanimasiya şöbəsində müşahidə olunan şəxsi xilas etmək mümkün olmayıb.
Məryəm İlhamqızı